...

Serbiya Avropa Oyunlarında iştirak edəcək idmançılarını təqdim edib

İdman Materials 11 Mart 2015 20:08 (UTC +04:00)
Olimpiya çempionu Milika Mandik Avropa Oyunlarında iştirak edəcək 79 idmançıdan ibarət Serbiya komandasına daxil edilib.
Serbiya Avropa Oyunlarında iştirak edəcək idmançılarını təqdim edib

Azərbaycan, Bakı, 11 mart /Trend/

Serbiya Milli Olimpiya Komitəsi Bakı-2015 Avropa Oyunlarında iştirak edəcək 79 idmançının ilkin siyahısını ictimaiyyətə təqdim edib.

Trend Avropa Oyunlarının saytına istinadən məlumat verir ki, medal qazanacağı ümid edilən idmançılardan biri 67 kq çəki dərəcəsi üzrə 2012-ci il London Olimpiya Oyunlarının qalibi Milika Mandikdir.

Serbiyanın boksçulardan ibarət qrupunda Jelena Jelik (60 kq), Lidija Marjanovik (64 kq) və Aleksandr Drenovak (75 kq) yer alıblar.

21 yaşlı idmançı İvana Jandrik Serbiyanın 68 kq çəki dərəcəsində sambo üzrə yarışacaq yeganə qadın idmançısıdır.

Serbiyanın suya tullanma yarışında Mihajlo Kuruk təmsil edəcək, veteran Romana Karan isə Bakı 2015-də qılıncoynatma üzrə gücünü sınayacaq.

Komandaya, həmçinin dağ velosipedi idmanı üzrə 23 yaşlı Jovana Krnoqorak, eləcə də cüdo üzrə 2013-cü il Avropa çempionatında 90 kq çəki dərəcəsində beşinci yeri tutmuş 23 yaşlı Aleksandr Kukolj daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti