...

Mişel Platini yenidən UEFA-nın prezidenti seçildi

İdman Materials 24 Mart 2015 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart / Trend/

Mişel Platini yenidən UEFA-nın prezidenti seçilib.

Trend-in UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə qərar qurumun bu gün keçirilən konqresində qəbul edilib.

Qərara əsasən Platini növbəti 4 il müddətində UEFA-nın prezidenti vəzifəsini icra edəcək.

Platini ardıcıl üçüncü dəfə UEFA prezidenti seçilir.

Qeyd edək ki, Platini 2007-ci ildə Düsseldorfda keçirilən konqresdə UEFA-nın prezidenti seçilmişdi.

Xəbər lenti

Xəbər lenti