Azərbaycan, Bakı, 3 aprel /Trend/
Azərbaycan Premyer Liqasının XXVIII turunun oyun cədvəlində dəyişiklik edilib.
Belə ki, "Bakı" - "Qarabağ" oyunu saat 15:00-da deyil, 17:00-da başlayacaq.
Bu gün Premyer Liqanın XXVIII turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar müəyyənləşib.
Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, turun bütün görüşləri aprelin 5-də keçiriləcək.
"Bakı" - "Qarabağ"
Hakimlər: Fariz Yusifov, Vüsal Qənbərov, İsgəndər Əliyev, Etibar Həsənov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, 17:00
AZAL - "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
AZAL Arena, 17:00
"Simurq" - "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Zaqatala şəhər stadionu, 17:00
"İnter" - "Xəzər Lənkəran"
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Fazil Mürşüdov
"İnter Arena", 18:00