...

Futbolçu, şərhçi 80 illiyini qeyd etdi

İdman Materials 13 Aprel 2015 13:44 (UTC +04:00)
Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, uzun müddət “Neftçi” komandasının heyətində çıxış etmiş, futbolçu karyerasını başa vurduqdan sonra “Neftçi” klubunda və AFFA-da rəhbər vəzifələrdə çalışmış, eləcə də Azərbaycan televiziyası və radiosunda futbol oyunlarını şərh etmiş Çingiz İsmayılovun 80 illik yubileyi qeyd olunub.
Futbolçu, şərhçi 80 illiyini qeyd etdi

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, uzun müddət "Neftçi" komandasının heyətində çıxış etmiş, futbolçu karyerasını başa vurduqdan sonra "Neftçi" klubunda və AFFA-da rəhbər vəzifələrdə çalışmış, eləcə də Azərbaycan televiziyası və radiosunda futbol oyunlarını şərh etmiş Çingiz İsmayılovun 80 illik yubileyi qeyd olunub.

Trend-in AFFA-nın saytına istinadən verdiyi məlumata görə, tədbirdə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu çıxış edərək assosiasiyanın rəhbərliyi və futbol ictimaiyyəti adından yubilyara təbrikləri çatdırıb, üzərində "Çingiz İsmayılov 80" yazılmış Azərbaycan milli komandasının futbolkasını futbol veteranına təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti