...

Fransada uğurlu sonluq (FOTO)

İdman Materials 2 May 2015 15:04 (UTC +04:00)
Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışına yekun vurulub. 146 km-lik sonuncu mərhələ “Synergy Baku” üçün uğurlu nəticə ilə yadda qalıb.
Fransada uğurlu sonluq (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend/

Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışına yekun vurulub. 146 km-lik sonuncu mərhələ "Synergy Baku" üçün uğurlu nəticə ilə yadda qalıb. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komandamızın üzvü Matey Müqerli məsafəni 3 saat, 22 dəqiqə, 22 saniyəyə başa vurub və bununla da finiş xəttini 2-ci keçib.

Xatırladaq ki, M.Müqerli "Le Tour de Bretagne"ın 2-ci mərhələsində qalibiyyət sevinci yaşayıb, 5-ci mərhələdə 3-cü olub. 4-cü mərhələdə isə Yannis Tamuridis 2-ci nəticə göstərib. 7-ci mərhələdə digər təmsilçimiz Dennis van Vinden 8-ci yeri tutub.

7 mərhələli yarışda 3 dəfə fəxri kürsüyə qalxan M.Mügerli bununla da ümumi təsnifatda 6-cı yeri tutub. Qeyd edək ki, "Le Tour de Bretagne" yarışı "Synergy Baku" üçün mayın 6-10-da keçiriləcək "Tour d'Azerbaïdjan" veloyürüşü öncəsi son sınaq xarakteri daşıyırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti