...

Futbol üzrə Çempionlar Liqası kubokunun sahibi bu gecə bəlli olacaq

İdman Materials 6 İyun 2015 10:42 (UTC +04:00)
Bu gün ​futbol üzrə Çempionlar Liqasının 2014-2015-ci illər mövsümü üzrə kubokunun finalı keçiriləcək. Finalda İtaliyanın "Yuventus" və İspaniyanın "Barselona" komandaları üz-üzə gələcək.
Futbol üzrə Çempionlar Liqası kubokunun sahibi bu gecə bəlli olacaq

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün ​futbol üzrə Çempionlar Liqasının 2014-2015-ci illər mövsümü üzrə kubokunun finalı keçiriləcək. Finalda İtaliyanın "Yuventus" və İspaniyanın "Barselona" komandaları üz-üzə gələcək.

Trend xəbər verir ki, final younu Almaniyanın paytaxtı Berlin şəhərindəki Olimpiya Stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxti ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, hər iki komanda qitənin ən nüfuzlu klub turnirinin finalında artıq 8-ci dəfə çıxış edəcək. Lakin "Barsa" bu kuboku muzeyinə 4 dəfə apara bilibsə, "Qoca senyora" buna yalnız 2 dəfə nail ola bilib.

Çempionlar Liqasının final qarşılaşmasını Türkiyədən olan Cüneyt Çakır idarə edəcək.

Final öncəsi "Barselona"nın baş məşqçisi Luis Enrike builki mükafatların sayının 3-ə çatdırılması arzusunda olduğunu açıqlyıb. "Yuventus"un çalışdırıcısı Massimiano Alleqri isə uzun marafondan sonra yetirmələrini uğurlu son addım atmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti