...

Avropa və dünya çempionatları Azərbaycanda keçirilə bilər

İdman Materials 22 İyun 2015 17:08 (UTC +04:00)
Bakı-2015 Avropanın elit idmançılarını bir araya gətirib. Gələn il Avropada velosiped idmanı üzrə ilk dəfə Elit kateqoriya üzrə qitə çempionatı keçiriləcək.
Avropa və dünya çempionatları Azərbaycanda keçirilə bilər

Azərbaycan, Bakı, 22 iyun /Trend/

"Bakı-2015 Avropanın elit idmançılarını bir araya gətirib. Gələn il Avropada velosiped idmanı üzrə ilk dəfə Elit kateqoriya üzrə qitə çempionatı keçiriləcək. Fikrimcə, birinci Avropa Oyunlarında topladığımız təcrübə bu çempionatın yüksək səviyyədə təşkilinə imkan yaradacaq". Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bunu Avropa Velosipedçilər Birliyinin prezidenti David Lappertyen deyib.

O, ilk Avropa Oyunlarına ən yaxşı idmançıların gəldiyini, hətta onların içərisində Olimpiya çempionunun da olduğunu diqqətə çatdırıb.

D.Lappertyen gələcəkdə Azərbaycanda Elit idmançılar arasında Avropa və dünya çempionatlarının keçirilməsi mümkünlüyünü vurğulayaraq deyib: "Niyə də olmasın? Hazırda Azərbaycanda velosiped idmanı üzrə beynəlxalq standartlara uyğun infrastruktur yaradılıb. Sizin güclü velosiped komandanız var. Ölkənizdə yüksək səviyyədə "Tour d'Azerbaidjan" yarışları keçirilir. Bütün bunlar Elit kateqoriyalı idmançılar arasında Avropa və dünya çempionatlarının Azərbaycanda keçirilməsinə imkan verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti