...

"Bavariya" "Şaxtyor"un futbolçusunu transfer etdi

İdman Materials 1 İyul 2015 16:26
Ukrayna klubunun saytında braziliyalı futbolçunun 30 milyon avro qarşılığında "Bavariya"ya keçdiyi bildirilir.
"Bavariya" "Şaxtyor"un futbolçusunu transfer etdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 1 iyul /Trend/

"Bavariya" növbəti transferini gerçəkləşdirib.

Trend-in məlumatına görə, Münhen təmsilçisi "Şaxtyor"un futbolçusu Duqlas Kostanı transfer edib.

Ukrayna klubunun saytında braziliyalı futbolçunun 30 milyon avro qarşılığında "Bavariya"ya keçdiyi bildirilir. Almaniya klubu ilə 4 illik müqavilə imzalayacaq D.Kosta ötən mövsüm "Şaxtyor"un heyətində keçirdiyi 203 oyunda 38 qol vurub və 40 məhsuldar ötürmə verib.

Qeyd edək ki, D.Kosta Rafinya və Dantedən sonra "Bavariya"nın üçüncü braziliyalı futbolçusu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti