...

"DÇ-2018"də millimizin rəqibləri məlum oldu

İdman Materials 25 İyul 2015 22:39 (UTC +04:00)
Bu gün "DÇ-2018"in seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
"DÇ-2018"də millimizin rəqibləri məlum oldu

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Bu gün "DÇ-2018"in seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasim ev sahibi olan Rusiyanın Sankt-Peterburq şəhərində baş tutub.

Püşkatmada iştirak edən 52 Avropa yığması 7-sində 6, 2-sində isə 5 komanda olmaqla 9 qrupa bölünüb.

Azərbaycan millisi 6 komandanın olduğu C qrupuna düşüb. Millimiz Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marinoya rəqib olub.

A qrupunda isə Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq, B qrupunda Portuqaliya, İsveçrə, Macarıstan, Farer adaları, Latviya, Andorra, D qrupunda Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan, E qrupunda Rumıniya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan, F qrupunda İngiltərə,Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta, G qrupunda İspaniya, İtaliya, Albaniya, İsrail, Makedoniya, Lixtenşteyn, H qrupunda Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Kipr, I qrupunda Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti