...

İtaliya yığması Dünya Kubokunu Azərbaycana gətirəcək

İdman Materials 16 Sentyabr 2015 17:44 (UTC +04:00)
Azərbaycan milli komandası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya yığmasını qəbul edəcək.
İtaliya yığması Dünya Kubokunu Azərbaycana gətirəcək

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Azərbaycan milli komandası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya yığmasını qəbul edəcək. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək və ölkənin ən böyük idman arenasında baş tutacaq ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, bu gün məlum olub ki, İtaliya yığması Dünya Kubokunu Azərbaycana gətirəcək. Azarkeşlər oyun günü Olimpiya Stadionunda nümayiş etdiriləcək planetin əsas futbol kuboku ilə şəkil çəkdirmək imkanı əldə edəcəklər.

AFFA-nın baş katibi Elxan Məmmədov Dünya Kubokunun Azərbaycana gətirilməsi səbəbini açıqlayıb: "AFFA Azərbaycanda İtaliya milli komandasının çoxsaylı azarkeş ordusunun olmasını, eləcə də yeni - Bakı Olimpiya Stadionunda futbol açılışının əzəmətini nəzərə alaraq, fanatlara sürpriz etməyi qərara aldı. İtaliya Futbol Federasiyası ilə danışıqlardan sonra biz İtaliya milli komandasının Dünya Kubokunu Azərbaycana gətirilməsi üçün razılıq əldə olundu. Bu hadisə ölkəmizdə futbol həvəskarları üçün bir hədiyyə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti