Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
İspaniya Çempionatı "La Liqa"-nın 7-ci turu çərçivəsində "Sevilya" evdə "Barselona" komandasının qəbul edib.
Trend-in məlumatında görə, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qollar: Kron-Deli, 52 (1:0); İborra, 58 (2:0); Neymar, 74 pen. (2:1).
"Barselona" çempionatda ikinci məğlubiyyəti ilə üzləşərək, 15 xalla üçüncü yerdə qərarlaşıb.