Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sabah İtaliya yığması ilə keçiriləcək oyun Rəşad Sadıqovun Azərbaycan millisində 100-cü matçı olacaq.
Trend-in məlumatına görə, yığmamızda 2001-ci ildə debüt edən, artıq 14 ildir yığmanın şərəfini qoruyan R.Sadıqov daha çox - 51 dəfə Berti Foqtsun baş məqşçiliyi dövründə meydana çıxıb.
99 oyundan 92-də start heyətində yer alan komandamızın kapitanı ümumilikdə 8208 dəqiqə meydanda olub və bu müddət ərzində 4 qol vurub.
Trend AFFA-nın R.Sadıqova həsr etdiyi videonu təqdim edir: