(video əlavə olunub)
Azərbaycan, Bakı, 22 oktyabr /Trend/
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir.
Trend-in məlumatına görə, "Qəbələ" Almaniyanın "Borussiya" (Dortmund) klubunu qəbul edib.
31-ci dəqiqədə Obameyanq 9-luğu dəqiq nişan almaqla təmsilçimizi məyus edib. 7 dəqiqə sonra Obameyanq "dubl"a, 72-ci dəqiqədə isə "het-trik"ə imza atıb - 0:3.
Son dəqiqələrdə isə "Qəbələ"nin futbolçusu Dodo təsəlli qolunu vurub - 1:3.
Beləliklə, "Borussiya" 3 oyundan 7 xalla qrup lideri, "Qəbələ" isə 1 xalla sonuncu yerdədir.