...

İdman gimnastikası və akrobatika üzrə Birgə Azərbaycan Birinciliyində ilk günün qalibləri mükafatlandırıldı (FOTO)

İdman Materials 3 Dekabr 2015 18:13 (UTC +04:00)
Bakıda keçirilən idman gimnastikası və akrobatika gimnastikası üzrə Birgə Azərbaycan Birinciliyi çərçivəsində kişi və qarışıq cütlüklərin, kişi və qadın qruplarının tərkibinə daxil olan 12-18 yaşlı (yeniyetmələr) akrobatların, eləcə də 11-16 yaş kateqoriyasına aid qadın qrupları və cütlüklərin çıxışı başa çatıb.
İdman gimnastikası və akrobatika üzrə Birgə Azərbaycan Birinciliyində ilk günün qalibləri mükafatlandırıldı (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda keçirilən idman gimnastikası və akrobatika gimnastikası üzrə Birgə Azərbaycan Birinciliyi çərçivəsində kişi və qarışıq cütlüklərin, kişi və qadın qruplarının tərkibinə daxil olan 12-18 yaşlı (yeniyetmələr) akrobatların, eləcə də 11-16 yaş kateqoriyasına aid qadın qrupları və cütlüklərin çıxışı başa çatıb.

12-18 yaş kateqoriyasında qadın qruplarının yarışında Bakı Gimnastikası Məktəbinin nümayəndələri Leyla Bəşirova, Aygün Əhmədova və Nəzrin Fərmanova 72,317 balla birinci yeri tutublar. İkinci yerə 66,7 balla Bakının Nizami rayonu İdman Məktəbinin nümayəndələri Samirə İbrahimova, Ülviyyə İsgəndərli və Məryəm Qurbanova layiq görülüblər. "Neftçi" İdman Klubunun nümayəndələri Elvira Hüseynova, Arzu Mələkzadə və Fatimə Nəzərova isə 42,934 balla üçüncü pilləyə yüksəliblər.

11-16 yaş kateqoriyasında qadın qrupların yarışının qalibi 51,167 balla "Neftçi" İdman Klubunun nümayəndələri Səmra Əsgərzadə, Mina Beydiyeva və Ceyla Zakiryayeva olublar. İkinci və üçüncü yerləri, müvafiq olaraq, Nizami rayonu İdman Məktəbi və Bakı Gimnastika Məktəbininin nümayəndələri tutublar.

11-16 yaş qrupunda qadın cütlüklərin yarışında birinci və üçüncü yerə Bakı Gimnastika Məktəbinin nümayəndələri sahibləniblər. "Neftçi" İdman Klubunun aktobatları isə ikinci olublar.

12-18 yaş kateqoriyasında kişi cütlüklərin mübarizəsində Bakı Gimnastika Məktəbinin nümayəndələri birinci və üçüncü yerə layiq görülüblər. Nizami rayonu İdman Məktəbinin akrobatları isə ikinci yeri tutublar.

Sabah birincilik çərçivəsində Olimpiya idman növü olan qadın idman gimnastikası təmsilçilərinin yarışı baş tutacaq. "Balacalar" (2003-2005), "uşaqlar" (2006-2007), "kiçiklər" (2008-2009), həmçinin "yeni başlayanlar" (2008-2010) yaş kateqoriyasına daxil olan qızlar çoxnövçülükdə mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti