...

"Bakı" məğlub oldu, "Qəbələ" 7 qolla qalib gəldi (YENİLƏNİB)

İdman Materials 3 Dekabr 2015 21:54 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində növbəti oyunlar keçirilib.
"Bakı" məğlub oldu, "Qəbələ" 7 qolla qalib gəldi (YENİLƏNİB)

"Rəvan" - "Bakı" oyununun nəticəsi əlavə olunub (ilk xəbər saat 18:02-də yayılıb)

Bakı. Trend:

Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində növbəti oyunlar keçirilib.

Trend-in məlumatına görə, "Qəbələ" doğma meydanda birinci divizion təmsilçisi "Mil-Muğan"ı qəbul edib.

Meydan sahibləri birinci hissədə 5, ikinci hissədə isə 2 qol vurublar - 7:0.

"Rəvan" - "Bakı" oyununda isə bir qol qeydə alınıb. 23-cü dəqiqədə Vüqar Bəybalayev "Rəvan"ın qələbə qolunu vurub - 1:0.

Beləliklə, 1/4 final mərhələsindəki cütlüklər müəyyənləşib:

"Qarabağ" - "Sumqayıt"
"Xəzər Lənkəran" - "Neftçi"
"Zirə" - "Qəbələ"
"Rəvan" - "İnter"

İlk oyunlar martın 2-də, cavab qarşılaşmaları isə martın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti