Bakı. Trend:
Millinin heyətində dəyişiklik edilib.
Trend AFFA-ya istinadən məlumat verir ki, Avropa çempionatının final mərhələsinin oyunlarına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Səhhətində problem yarandığı üçün Xətai Bağırov hazırlıq prosesindən kənarlaşdırılıb. Onun əvəzinə Namiq Məmmədkərimov və Rəcəb Fərəczadə toplanışa dəvət edilib.