...

FIFA AFFA-ya başsağlığı verdi

İdman Materials 18 Yanvar 2016 17:36 (UTC +04:00)

Bakı. Trend:

FIFA futbol veteranı Valeri Hacıyevin vəfatı ilə əlaqədar AFFA-ya başsağlığı məktubu ünvanlayıb.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, FIFA prezidenti səlahiyyətlərini icra edən İssa Hayatou tərəfindən imzalanmış məktubda qeyd olunub ki, "Neftçi" klubunun heyətində SSRİ çempionatının bürünc medalını qazanmış Valeri Hacıyevin dünyasını dəyişməsi beynəlxalq futbol ailəsinin üzvlərini kədərləndirir və bu münasibətlə FIFA mərhumun ailəsinə, onu sevənlərə dərin hüznlə başsağlığı verir.

Xəbər lenti

Xəbər lenti