...

Millinin qapıçısının 100-cü oyunu

İdman Materials 1 Fevral 2016 17:19 (UTC +04:00)
Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev Premyer Liqanda 100-cü oyununu keçirib.
Millinin qapıçısının 100-cü oyunu

Bakı. Trend:

Azərbaycan milli komandasının futbolçusu Səlahət Ağayev Premyer Liqanda 100-cü oyununu keçirib.

Trend PFL-in saytına istinadən məlumat verir ki, 3 ildən sonra yenidən "Sumqayıt"da forma geyinən qapıçının yubiley matçı XIX turun "Neftçi" ilə qarşılaşmasına təsadüf edib. Komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada buraxılan top qolkiper üçün 90-cı belə qol olub.

Premyer Liqada 2010/11 mövsümündən çıxış edən S.Ağayev "100"-ə 3 komandanın heyətində çatıb. Debüt etdiyi MOİK-də 8 matçda 8 top buraxan əlcək sahibi "Sumqayıt"dakı 24-cü görüşdə 24-cü dəfə qapısında qol görüb.

Daha çox "İnter"də çıxış edən Səlahət bu klubda 68 matçda 49 qola üzülüb.

Xəbər lenti

Xəbər lenti