...

"Xəzər Lənkəran" "Neftçi" ilə oyuna itkilərlə çıxır

İdman Materials 10 Fevral 2016 16:33 (UTC +04:00)
“Xəzər Lənkəran” Premyer Liqanın XXI turu çərçivəsində mövsümün üçüncü “Böyük oyun”una itkilərlə çıxacaq.
"Xəzər Lənkəran" "Neftçi" ilə oyuna itkilərlə çıxır

Bakı. Trend:

"Xəzər Lənkəran" Premyer Liqanın XXI turu çərçivəsində mövsümün üçüncü "Böyük oyun"una itkilərlə çıxacaq.

Trend klubun saytına istinadən məlumat verir ki, "Xəzər Lənkəran" səfərdə "Neftçi" ilə qarşılaşmanın hazırlığına Lənkəranda start verib və məşqlər gün ərzində iki dəfə olmaqla davam etdirilir.

Komandanın iki aparıcı üzvü Tural Qürbətov və Ruslan Cəfərov cəza səbəbindən "Böyük oyun"u buraxmalı olacaqlar. Fevralın 12-dək Lənkərandakı bazasında hazırlığını keçirəcək "Xəzər Lənkəran" daha sonra paytaxta üz tutacaq.

Xəbər lenti

Xəbər lenti