...

İranlı məşqçi: Azərbaycan idman gimnastikası üzrə Dünya Kubokuna çox gözəl hazırlaşıb

İdman Materials 17 Fevral 2016 18:31 (UTC +04:00)
Azərbaycan idman gimnastikası üzrə Dünya Kubokunun keçirilməsinə çox gözəl hazırlaşıb.
İranlı məşqçi: Azərbaycan idman gimnastikası üzrə Dünya Kubokuna çox gözəl hazırlaşıb

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan idman gimnastikası üzrə Dünya Kubokunun keçirilməsinə çox gözəl hazırlaşıb. Bunu Trend-ə İran yığmasının məşqçisi Həmid Qurbani deyib.

O, yarışların ən yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu bildirib: "Yarışlar hələ başlamayıb, lakin artıq hər şeyin nə qədər yaxşı təşkil olunduğunu hiss edirik. Qalma, nəqliyyat və məşq məsələləri 100 faiz həll edilib və bu, sübut edir ki, Azərbaycan Dünya Kubokuna çox gözəl hazırdır".

Məşqçi bundan əvvəl Azərbaycanda bir dəfə olduğunu deyib: "Bu, 22 il əvvəl olub, həmin vaxt hər şey başqa cür idi. Ölkənin bu müddət ərzində irəliyə nə qədər böyük addım atması təəccüblüdür. Möhtəşəm arena tikilib, idmanın inkişafı üçün hər cür şərait yaradılır. Bizim üçün bu Dünya Kubokunda iştirak xüsusi çağırışdır və yaxşı çıxış etməyə çalışacağıq".

Qeyd edək ki, fevralın 19-21-də Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti