...

Bakı Olimpiya Stadionunda velosiped yarışı

İdman Materials 26 Fevral 2016 18:21 (UTC +04:00)
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Bakı Olimpiya Stadionu arasında əldə olunmuş razılığa əsasən, federasiya 2016-cı il mövsümünə stadion ətrafındakı yollarda təşkil ediləcək yarışla start verəcək.
Bakı Olimpiya Stadionunda velosiped yarışı

Bakı. Trend:

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Bakı Olimpiya Stadionu arasında əldə olunmuş razılığa əsasən, federasiya 2016-cı il mövsümünə stadion ətrafındakı yollarda təşkil ediləcək yarışla start verəcək.

AzVİF-dən Trend-ə verilən məlumata görə, iki gün davam edəcək mövsümün açılış yarışında federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançısı iştirak edəcək.

Proqrama əsasən, fevralın 27-də velosipedçilər saat 15:00-dan etibarən fərdi ötüşmədə mübarizə aparacaqlar. Fevralın 28-də isə saat 10:30-da qrup ötüşmələrinə start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti