...

Güləş üzrə AÇ-ın son günündə daha 4 güləşçimiz xalçaya çıxacaq

İdman Materials 13 Mart 2016 02:23 (UTC +04:00)
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Güləş üzrə AÇ-ın son günündə daha 4 güləşçimiz xalçaya çıxacaq

Bakı. Trend:

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Yığmamızın üzvləri 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik və Nataliya Sinişin qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.

Yunan-Roma güləşi üzrə yarışların ilk günündə güləşçilərimiz 1 bürünc medal qazanıb. Kamran Məmmədov fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Çempionatın son günündə yunan-Roma güləşi üzrə 71, 75, 80 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulur.

71 kq
1/16 final - Kristaps Kalnakarklis (LAT) - Həsən Əliyev

75 kq
1/16 final - Elvin Mürsəliyev - Jevgenijs Kolcovs (LAT)

80 kq
1/16 final - Rafael Samurqaşev (MNE) - Rafiq Hüseynov

85 kq
1/16 final - Tadeusz Mixalik (POL) - İslam Abbasov

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

Çempionatın digər görüşlərini aşağıdakı linkdən canlı izləmək mümkündür:

https://unitedworldwrestling.org/event/european-championship-senior-1

Xəbər lenti

Xəbər lenti