...

"Atletiko" Çempionlar Liqasının ilk finalçısı oldu

İdman Materials 4 May 2016 01:12 (UTC +04:00)
Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
"Atletiko" Çempionlar Liqasının ilk finalçısı oldu

Bakı. Trend:

Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Trend-in məlumatına görə, "Bavariya" evdə "Atletiko"nu qəbul edib.

Madriddə rəqibinə 0:1 hesabı ilə uduzan Münhen təmsilçisi doğma azarkeşləri önündə 2:1 hesabı ilə qalib gəlsə də, bu qələbə onların mərhələ adlamasına kifayət etməyib.

Qollar: Xabi Alonso, 31 (1:0), Antuan Qrizmann, 54 (1:1), Robert Levandovski, 74 (2:1).

İki oyunun nəticəsinə görə finala "Atletiko" yüksəlib.

Qeyd edək ki, bu keçiriləcək "Real" - "Mançester Siti" görüşündən sonra digər finalçı da bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti