...

"Kəpəz"in 50-ci ev məğlubiyyəti

İdman Materials 13 May 2016 11:33 (UTC +04:00)
Gəncənin “Kəpəz” klubu Azərbaycan çempionatları tarixində 50-ci ev məğlubiyyətini alıb.
"Kəpəz"in 50-ci ev məğlubiyyəti

Bakı. Trend:

Gəncənin "Kəpəz" klubu Azərbaycan çempionatları tarixində 50-ci ev məğlubiyyətini alıb. Bu, Premyer Liqanın 34-cü turunun "Neftçi" ilə matçına təsadüf edib.

Trend PFL-in saytına istinadən məlumat verir ki, Gəncədə 2:1 hesablı əzmkar qələbə qazanan paytaxt təmsilçisi qərblilərin doğma azarkeşlər önündə keçirdiyi 251-ci qarşılaşmada 50-ci dəfə xalsız qalmasına səbəb olub. İndiyədək öz meydanında keçirdiyi matçlarda 165 qələbə qazanıb, 36 heç-heçə edən "Kəpəz" 572 qol vurub, 215-ni buraxıb.

"Neftçi" və "Qarabağ" Gəncədə hamıdan çox - hərəyə 7 qələbə qazanıb. "Bakı" 6, "Xəzər Lənkəran" 5, "İnter", "Turan", AZAL hərəyə 4, "Şəmkir" 3, "Simurq" 2 dəfə "Kəpəz"in meydanında qalib gələ bilib. Digər 8 komanda isə hərəyə 1 dəfə bunu bacarıb.

Xəbər lenti

Xəbər lenti