Bakı. Trend:
Millimizin baş məşqçisi Çexiya - Xorvatiya oyununa baxıb.
Trend AFFA-ya istinadən məlumat verir ki, 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq yığmaların oyunlarını izləmək üçün Fransada səfərdə olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avro-2016-nın D qrupunda Sent-Etyen şəhərində keçirilmiş Çexiya - Xorvatiya oyununu izləyib.
Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, millimiz DÇ-2018-in seçmə mərhələsində Çexiya yığması ilə bu il oktyabrın 11-də səfərdə qarşılaşacaq, 2017-ci il oktyabrın 5-də isə ev oyunu keçirəcək.