...

Avro-2016: İrlandiya 1/8 finalda, Türkiyə qrupda qaldı (FOTO)

İdman Materials 23 İyun 2016 00:57 (UTC +04:00)
Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinə yekun vurulub.
Avro-2016: İrlandiya 1/8 finalda, Türkiyə qrupda qaldı (FOTO)

Bakı. Trend:

Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, E qrupunda İsveç və Belçika komandaları qarşılaşıblar. Oyun belçikalıların minimal hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyunu – İtaliya-İrlandiya matçında da bir qol qeydə alınıb. İrlandlar minimal hesabla qələbə qazanaraq D qrupunun 3-cüsü – Türkiyənin növbəti mərhələyə yüksəlmək arzusunu gözündə qoyublar.

Beləliklə, E qrupundan 1/8 finala 6 xallı lider İtaliya, ikinci yeri tutan Belçika və 4 xalla ən yaxşı 4 qrup üçüncüsündən biri olan İrlandiya yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti