...

Azərbaycan üzgüçüləri Latviyadan medallarla qayıdıblar

İdman Materials 30 İyun 2016 15:55 (UTC +04:00)
Azərbaycan üzgüçüləri 92-ci Latviya çempionatında 4 qızıl, 1 gümüş medal qazandılar.
Azərbaycan üzgüçüləri Latviyadan medallarla qayıdıblar

Bakı. Trend:

Azərbaycan üzgüçüləri 92-ci Latviya çempionatında 4 qızıl, 1 gümüş medal qazandılar.

Bu barədə Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib.

Onun sözlərinə görə, Rio-2016 Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə üzgüçülük üzrə milli komandamızın üzvləri Fatimə Alkərəmova 800 metr məsafədə sərbəst üsulda 9.33.77 nəticə ilə qızıl medala sahib olub. F.Alkərəmova 400 metr məsafədə sərbəst üsulda isə 4.38.37 nəticə yarışın gümüş medalını qazanıb.

Rio-2016 Olimpiya Oyunlarına artıq (B) lisenziyasını almış Maksim Şemberyev isə Riqa turnirində bir daha bu növ lisenziyanı təsdiqləyib və 400 metr məsafədə qarışıq üsulda 4.22.41 nəticə ilə, 1500 metr məsafədə sərbəst üsulda isə 15.30.50 nəticə ilə qızıl medallara sahib olub. M.Şemberyev bu nəticələrlə həm Latviya, həm də Azərbaycan rekordlarını təzələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti