Bakı. Trend:
“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya yığmasının kapitanı seçilib.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, M.Noyer milli komandada karyerasını başa vuran Bastian Şvaynştaygeri əvəzləyib.
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib ki, M.Noyerdə kapitandan istədiyi hər şey var: “O, görkəmli idman uğurlarına imza atıb. Onu insani keyfiyyətlər də fərqləndirir”.