...

Buffon tarixə düşdü

İdman Materials 6 Noyabr 2016 21:56 (UTC +04:00)
“Yuventus”un qapıçısı Canluici Buffon rekorda imza atıb
Buffon tarixə düşdü

Bakı. Trend:

“Yuventus”un qapıçısı Canluici Buffon rekorda imza atıb.

Trend xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 38 yaşlı təcrübəli futbolçu bu gün A seriyasında 600-cü oyununa çıxıb. Bu əlamətdar hadisə “Kyevo” – “Yuventus” görüşündə (1:2) baş verib. Bununla da Buffon A seriyasında 600 oyun keçirən ilk qapıçı kimi tarixə düşüb.

Ümumilikdə İtaliya çempionatında ən çox oyunu müvafiq olaraq Paolo Maldini (647), Xavyer Zanetti (615) və Françesko Totti (607) keçirib.

Qeyd edək ki, Buffon A seriyasında ilk oyunu 1995-ci ilin noyabrın 19-da, 17 yaş 9 aylığında “Parma”nın heyətində “Milan”a (0:0) qarşı keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti