Bakı. Trend:
Avstraliyanın "Sidney" futbol klubunun qapıçısı Denni Vukoviç meydana düşən qağayını xilas edib.
Trend-in məlumatına görə, Avstraliya kubokunun finalında "Melburn"la qarşılaşan "Sidney"in qapıçısı meydana düşən zədələnmiş qağayı kənarlaşdırıb. Qağayı oyuna stadion əməkdaşının əlləri arasında baxıb.
Matç "Melburn"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.