Useyn Bolt Olimpiya qızılından məhrum edildi - Dopinqə görə

İdman Xəbər 25 Yanvar 2017 19:16 (UTC +04:00)

Bakı. Trend:

Yamaykalı yüngül atlet, doqquzqat Olimpiya çempionu Useyn Bolt Olimpiya qızılından məhrum edilib.

Trendin məlumatına görə, yüngül atlet və onun komanda yoldaşları 2008-ci il Pekin Olimpiadasında əldə etdiyi 4x100 metr məsəfəyə qaçış üzrə qızıl medaldan məhrum edilib.

Belə ki, onun komanda yoldaşlarından biri Nesta Karterdə dopinq aşkar edilib.

Bu qərar nəticəsində Bolt bir tituldan məhrum edilərək səkkizqat Olimpiya çempionu olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti