Bakı. Trend:
İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə A yarımqrupunda mübarizə aparır.
İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitirib. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub.
Rusiya - Azərbaycan 4:4 (29-32)
57 kq - Artyom Gebekov - Georgi Edişeraşvili 5:2
61 kq - Camal Otarsultanov - Əli Rəhimzadə 6:6*
65 kq - Alan Gogaev - Hacı Əliyev 1:2
70 kq - Maqomedxabib Kadimaqomedov - David Suynuçxanov 10:6
74 kq - Radik Valiev - Cəbrayıl Həsənov 2:6
86 kq - Vladislav Valiev - Şərif Şərifov 2:1
97 kq - Rasul Maqomedov - Nurməhəmməd Hacıyev 2:1
125 kq - Vladislav Baitsaev - Cəmaləddin Məhəmmədov 1:8