Bakı. Trend:
Febralın 23-26-da Ukraynanın Vinnitsa şəhərində keçirilən akrobatika üzrə beynəlxalq turnirdə təmsilçilərimiz uğurla çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, 13-19 yaş kateqoriyasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlüyümüz çoxnövçülükdə 82.160 xal qazanaraq qızıl medal əldə ediblər. Eyni yaş kateqoriyasında mübarizə aparan digər qarışıq cütlük Ağasif Rəhimov və Nurcan Cabbarlı isə (81.400 xal) bürünc medal qazanıblar.
Beynəlxalq arenada debüt edən qadın qrupu (12-18 yaş) Emiliya Nəzərli, Raziyə Seyidli və Ləman Məmmədova da yarışları medalsız tərk etməyiblər. Onlar çoxnöxçülükdə hakimlərdən 79.960 xal alaraq bürünc medala sahibləniblər.