...

Millimiz çətin sınaq qarşısında

İdman Materials 26 Mart 2017 13:44 (UTC +04:00)
Bu gün Azərbaycan və Almaniya milli komandaları qarşılaşacaq.
Millimiz çətin sınaq qarşısında

Bakı. Trend:

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan və Almaniya milli komandaları qarşılaşacaq.

Trend-in məlumatına görə, oyun saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Matçı italiyalı hakimlər - baş hakim Daniele Orsato, onun köməkçiləri Mauro Tonolini və Riccardo Di Fiore idarə edəcəklər. Dördüncü hakim Marko Quidadır.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyununa bütün biletlər satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti