...

"Bavariya" - "Real" oyununun mühafizəsi gücləndiriləcək

İdman Materials 12 Aprel 2017 15:15 (UTC +04:00)
Münhen polisi Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Bavariya" - "Real" matçının mühafizəsini gücləndirəcək.
"Bavariya" - "Real" oyununun mühafizəsi gücləndiriləcək

Bakı. Trend:

Münhen polisi Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Bavariya" - "Real" matçının mühafizəsini gücləndirəcək.

Trend-in məlumatına görə, buna səbəb ötən gün Dortmund şəhərində yerli "Borussiya" futbol klubunun avtobusunun yanında baş vermiş partlayışdır.

Hazırda oyunçuların məşq etdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, polis əməkdaşları xidmət edirlər.

Qeyd edək ki, "Bavariya" - "Real" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti