...

"Qarabağ”dan 5-ci, "Neftçi"dən ilk

İdman Materials 17 Aprel 2017 12:17 (UTC +04:00)
Premyer Liqanın 2016/17 mövsümünün XXVI turunda iki böyükhesablı nəticə qeydə alınıb.
"Qarabağ”dan 5-ci, "Neftçi"dən ilk

Bakı. Trend:

Premyer Liqanın 2016/17 mövsümünün XXVI turunda iki böyükhesablı nəticə qeydə alınıb.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, əvvəlcə “Neftçi” paytaxt derbisində AZAL-ı 4 cavabsız qolla məğlub edib. Bu, mövsümdə 10-cu dəfə belə nəticə olub. Sonuncu dəfə 2 il 6 ay əvvəl – 2014-cü il noyabrın 2-də elə AZAL-la matçda belə uğura sevinən (4:0) “ağ-qaralar” mövsümdə ilk belə qələbəsini qazanıb. “Ağ-qaralar” cari mövsümdə mükafatçılar sırasına düşməyən komandalar arasında yeganə komandadır ki, belə qələbə qazanıb. Əvvəlki böyükhesablı qələbələrin hamısı ilk “üçlük”də qərarlaşan və mükafatı təmin edənlərin hesabındadır.

Turun ikinci günündə “İnter”i 3:0 hesabı ilə yenən “Qarabağ” mövsümün 11-ci, özünün 5-ci uğuruna imza atıb. “Qəbələ” 3, “İnter” 2, “Neftçi” 1 dəfə 3 və ya daha çox top fərqi ilə qalib gəlib. “İnter” isə mövsümdə ilk dəfə belə fərqlə uduzub.

Ağır məğlubiyyət alan klublara gəlincə, AZAL 4, “Neftçi” 3, “Sumqayıt” 2, “Kəpəz”, “İnter” isə 1 dəfə üzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti