Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan gimnastikanın inkişafı üzrə düzgün yoldadır.
Bunu Trend-ə Asiya Gimnastika İttifaqının prezidenti Abdul Rəhman əl-Şathri Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) illik Şurasının kuluarlarında deyib.
O qeyd edib: "Azərbaycan Gimnastika Federasiyasının və şəxsən federasiyanın baş katibi Fərid Qayıbovun bu sahədə işini yüksək qiymətləndirirəm".
Əl-Şathri, həmçinin Azərbaycan Gimnastika Federasiyasına FIG Şurasının yüksək səviyyədə təşkilatçılığına və qonaqpərvərliyə görə təşəkkürünü bildirib:
"Hamıya yaxşı məlumdur ki, Azərbaycan təkcə gimnastika deyil, digər idman növləri üzrə də bir çox yarışlar keçirir. Əminəm ki, ölkəniz IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə təşkil edəcək".