...

Taekvandoçumuz İslamiadada yarımfinalda

İdman Materials 16 May 2017 10:25 (UTC +04:00)
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarına start verilib.
Taekvandoçumuz İslamiadada yarımfinalda

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarına start verilib.

Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi Eriş Yaprak ilk görüşünü keçirib.

İlk döyüşdə onun rəqibi Pakistan təmsilçisi Hamdani Farsin olub. İdmançımız 29:3 hesabı ilə rəqibinə qalib gələrək yarımfinala çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti