...

Bakı-2017: Suya tullanma yarışında 2 idmançımız finala çıxıb

İdman Materials 18 May 2017 13:01 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışına start verilib.
Bakı-2017: Suya tullanma yarışında 2 idmançımız finala çıxıb

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında suya tullanma yarışına start verilib.

Trend-in məlumatına görə, kişilər arasında 3 m tramplin yarışında Azərbaycanın iki təmsilçisi - Artyom Danilov və Dmitri Sorokin finala yüksəlib.

Həmçinin finala Müctəba Vəlipur, Sahnam Nəzərpur (hər ikisi İran), Tri Priambodo və Aldiansiah Rafi (hər ikisi İndoneziya) vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti