...

Bakı-2017: Təmsilçimiz finalda

İdman Materials 19 May 2017 10:42 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir.
Bakı-2017: Təmsilçimiz finalda

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir.

Trend-in məlumatına görə, qadınlar arasında 10 m platforma yarışında təmsilçimiz Olqa Bıkovskaya seçmə mərhələdə birinci yeri tutaraq finala yüksəlib.

Finala, həmçinin indoneziyalı Della Harimurti və türkiyəli Sinem Sağlam vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti