...

Vüqar Kərəmov və Pərviz Abdullayev uşu yarışlarının yarımfinalında

İdman Materials 20 May 2017 22:13 (UTC +04:00)
Azərbaycanın daha iki uşu döyüşçüsü İslamiadanın yarımfinalına adlayıb
Vüqar Kərəmov və Pərviz Abdullayev uşu yarışlarının yarımfinalında

Bakı. Trend:

Azərbaycanın daha iki uşu döyüşçüsü İslamiadanın yarımfinalına adlayıb.

Trend-in məlumatına görə, 70 kiloqram çəki dərəcəsində çıxış edən Vüqar Kərəmov səkkizdəbir finalda əfqanıstanlı Ahmed Zaker Bakşini mübarizədən kənarlaşdırıb. Dörddəbir finalda isə türkmənistanlı Səlahəddin Bayramov üzərində 2:0 hesablı qələbə qazanan idmançımız adını yarımfinala yazdırıb.

Pərviz Abdullayev (75 kq) də ümidləri doğruldub. İdmançımız əvvəlcə türkmənistanlı Rehmet Ovezberdiyevi, daha sonra isə Türkiyə idmançısı İsmail Uzuneri (2:0) mübarizədən kənarlaşdıraraq yarımfinala vəsiqəni təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti