...

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyi başlayır

İdman Materials 3 İyun 2017 11:16 (UTC +04:00)

Bakı. Trend:

Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. Trend-in məlumatına görə, Bakı Boks Mərkəzində keçiriləcək yarış 6 gün davam edəcək.

Birincilikdə ölkəmizin müxtəlif şəhər və rayonlarını təmsil edən komandaların 200-dək idmançısı mübarizə aparacaq. Yarışa qatılacaq 2003-2004-cü il təvəllüdlü boksçular 16 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcəklər.

Turnirin baş hakimi Anar Nağdiyev olacaq.

Qeyd edək ki, yarış iyulda Bolqarıstanda təşkil olunacaq Avropa birinciliyinə seçim xarakteri daşıyır.

Xəbər lenti

Xəbər lenti