...

Finlandiyalı turist: Yarışları izləmək üçün tamaşaçılar üçün rahat şərait yaradılıb

İdman Materials 24 İyun 2017 13:47
Biz Bakıya Formula 1 yarışına tamaşa etmək üçün gəlmişik. Yarış çox yüksək səviyyədə təşkil olunub, tamaşaçılar üçün rahat şərait yaradılıb.
Finlandiyalı turist: Yarışları izləmək üçün tamaşaçılar üçün rahat şərait yaradılıb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

“Biz Bakıya Formula 1 yarışına tamaşa etmək üçün gəlmişik. Yarış çox yüksək səviyyədə təşkil olunub, tamaşaçılar üçün rahat şərait yaradılıb”.

Bunu Trend-ə Finlandiyadan olan qonaq Elena Ruakolaya deyib.

O bildirib ki, Formula 1 yarışlarına böyük maraq göstərir:

“Azərbaycanda Formula 1 yarışının keçiriləcəyini eşitdik və gəlib Bakıda yarışları izləməyi qərara aldıq. Bu cür yarışlar ölkənin dünyada tanınması və turistlərin ölkəyə cəlb olunması üçün çox əhəmiyyətlidir”.

Finlandiyalı qonaq Bakıya artıq ikici dəfədir gəldiyini bildirib:

“Mən 13 il əvvəl Bakıda olmuşdum. Bakının siması çox dəyişib, şəhər xeyli gözəlləşib. Azərbaycan xalqı da çox mehriban və qonaqpərvərdir”.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti