...

Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib

İdman Materials 24 İyun 2017 17:31 (UTC +04:00)
“Renault” komandasının pilotu Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib
Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib

Bakı. Ənvər Məmmədov - Trend:

“Renault” komandasının pilotu Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib.

Trend-in məlumatına görə, üçüncü sərbəst yürüş zamanı yanacaq sızması nəticəsində onun bolidində yanğın baş vermişdi.

Nəticədə mexaniklər onun bolidini sıralama turunadək hazırlaya bilməyib.

Komanda sabah pilotun yarışa qatıla bilməsi üçün FIA-ya müraciət edəcək.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayıb, yekunda pilotların düzülüşü müəyyənləşib. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti