Bakı. Trend:
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda "Zirə" klubunun baş məqçisi Ayxan Abbasova xəbərdarlıq edilib.
Belə ki, Premyer Liqanın IV turunun “Qəbələ” – “Zirə” matçının 90+1-ci dəqiqəsində “Zirə” klubunun baş məşqçisi oyunun baş hakiminə sərt etiraz etmişdi.
Bu hal təkrarlanacağı təqdirdə məşqçi cəzalanacaq.