...

Lyuis Hemilton "Formula-1" üzrə dördqat çempionu olub

İdman Materials 30 Oktyabr 2017 02:12 (UTC +04:00)
"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" yarışmasının dördqat çempionu olub
Lyuis Hemilton "Formula-1" üzrə dördqat çempionu olub

Bakı. Trend:

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" yarışmasının dördqat çempionu olub.

Trend-in məlumatına görə, Meksika Qran Prisini 9-cu yerdə başa vuraraq, mövsümün sonuna 2 mərhələ qalmış çempionluğunu təmin edib.

Meksika Qran Prisinin qalibi "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen olub, ikinci pillədə "Mersedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas qərarlaşıb, üçüncü pillədə isə "Ferrari" komandasının finlandiyalı pilotu Kimi Raykkonen qərarlaşıb.

Şəxsi hesabda L.Hemilton 333 xal toplayıb, Fettel 277 xal, üçüncü pillədə olan Bottas isə 262 xal.

Qeyd edək ki, "Formula-1" yarışmasını ən çox qazananlar argentinalı Xuan Manuel Fanhiodur (beşqat) və almaniyalı Maxel Şumaxerdir (yeddiqat).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti