...

Yığma komandalarımız ilk oyununu keçirəcək

İdman Materials 1 Noyabr 2017 10:56
Yığma komandalarımız ilk oyununu keçirəcək.
Yığma komandalarımız ilk oyununu keçirəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının proqramına futzal üzrə 17 yaşadək oğlanlardan və qızlardan ibarət yığma komandalar arasında turnir daxil edilib.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, müvafiq yaş qrupuna aid Azərbaycan yığmaları turnirin təsnifat mərhələsində bu gün ilk oyununa çıxacaq. Oğlanlardan ibarət yığmamızın yer aldığı qrupun oyunları Slovakiyada, qızların qrup oyunları isə Portuqaliyada keçiriləcək.

Oyunların təqvimi:

Oğlanlar

1 noyabr
Slovakiya - Azərbaycan

2 noyabr
Azərbaycan – Rusiya

4 noyabr
Hollandiya – Azərbaycan

Qızlar

1 noyabr
İtaliya – Azərbaycan

2 noyabr
Portuqaliya – Azərbaycan

4 noyabr
Azərbaycan – Ukrayna

Məqalədə:
Xəbər lenti

Xəbər lenti