...

"Neftçi"dən bəyanat: "Layiqli cəza almalarının tərəfdarıyıq"

İdman Materials 30 Noyabr 2017 15:48 (UTC +04:00)
"Neftçi" Azərbaycan futbolunda çirkin oyunlarla məşğul olan hər kəsin layiqli cəzasını almasının tərəfdarıdır.
"Neftçi"dən bəyanat: "Layiqli cəza almalarının tərəfdarıyıq"

Bakı. Trend:

"Neftçi" Azərbaycan futbolunda çirkin oyunlarla məşğul olan hər kəsin layiqli cəzasını almasının tərəfdarıdır.

Trend-in məlumatına görə, bu barədə "Neftçi" PFK-nın yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, son günlər klubun ictimai nüfuzuna xələl gətirən və heç bir həqiqətə uyğun olmayan məlumatlar yayılır:

"Komandamızın oyununun və nəticələrinin yaxşılaşdığı bir vaxtda bu cür qərəzli xəbərlərlə "Neftçi"nin gündəmə gətirilməsi bizi növbəti dəfə mövqeyimizi ortaya qoymaga məcbur etdi. "Neftçi" həm klub daxilində, həm də azarkeşlərlə münasibətlərdə son illərin ən yaxşı dövrünü yaşayır - əsl komanda olaraq birləşib, bütövləşib, vahid məqsəd uğrunda mübarizə aparır. İstər klub rəhbərliyi və baş məşqçi, istərsə də futbolçular arasında birlik yaranıb. Belə bir məqamda klubdaxili atmosferi pozmağa və "Neftçi”nin adının ləkələnməsinə yönələn bu xəbərləri qətiyyətlə pisləyirik.

"Keşlə" 2 futbolçusu ilə müqaviləyə xitam verib - Danışılmış oyunlara görə

"Keşlə" 2 futbolçusu ilə müqaviləyə xitam verib - Danışılmış oyunlara görə

"Neftçi" PFK rəsmən bəyan edir ki, futbolumuzda çirkin oyunlarla məşğul olan hər bir kəsin layiqli cəzasını almasının tərəfdarıdır və bu yöndə hüquq-mühafizə orqanlarının apardıgı işləri dəstəkləyirik. Bildiririk ki, "Neftçi"nin adını çirkin oyunlarda hallandıranlara qarşı ölkə qanunvericiliyinə uyğun şəkildə hərəkət ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti