...

“Təhsil” Respublika İdman Mərkəzinin idmançılarının son 3 ildə qazandıqları uğurlar (FOTO)

İdman Materials 7 Dekabr 2017 17:51 (UTC +04:00)
“Təhsil” Respublika İdman Mərkəzinin idmançılarının son 3 ildə qazandıqları uğurlar
“Təhsil” Respublika İdman Mərkəzinin idmançılarının son 3 ildə qazandıqları uğurlar (FOTO)

Bakı. Trend:

“Təhsil” Respublika İdman Mərkəzinin ölkəmizdə uşaq, yeniyetmə və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğ edilməsində, dərəcəli idmançıların hazırlanmasında, idman növlləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin yetişdirilməsində, kütləvi tədbirlərin təşkili və keçirilməsində, idman məktəblərinin işinin əlaqələləndirilməsi və onların səmərəli fəaliyyətinin həyata keçirilməsində xüsusi yeri var.

Eyni zamanda mərkəz tərəfindən aparılan məqsədyönlü fəaliyyət nəticəsində, idman növləri üzrə mərkəzin yığma komandalarına perespektivli idmançıların cəlb edilməsi, həmin komndaların lazımi səviyyədə hazırlanmasının təmin olunmasının nəticəsi olaraq, qısa müddətdə yüksək nəticələr əldə edilmişdir.

Belə ki, son üç ildə mərkəzin və struktur bölmələrinin idmançıları idman növləri üzrə respublka və beynəlxalq yarışlarda uğurla çıxış etmişlər.

2014-cü ildə ümumilikdə 1994 medal qazanılmışdır ki, bunlardan 1604 medal (479 qızıl, 505 gümüş, 620 bürünc) respublika yarışlarında, 390 medal isə (116 qızıl, 118 gümüş, 156 bürünc) beynəlxalq yarışlarda.

2015-ci ildə ümumilikdə 2850 medal qazanılmışdır ki, bunlardan 2286 medal (683 qızıl, 702 gümüş, 901 bürünc) respublika yarışlarında, 564 medal isə (184 qızıl, 167 gümüş, 213 bürünc) beynəlxalq yarışlarda.

2016-cı ildə ümumilikdə 2732 medal qazanılmışdır ki, bunlardan 2117 medal (684 qızıl, 633 gümüş,800 bürünc) respublika yarışlarında, 615 medal isə (206 qızıl, 197 gümüş, 212 bürünc) beynəlxalq yarışlarda.

2017-ci ilin son altı ayı ərzində isə ümumilikdə 855 medal qazanılmışdır ki, bunlardan 724 medal (245 qızıl, 189 gümüş, 290 bürünc) respublika yarışlarında, 131 medal isə (60 qızıl, 23 gümüş, 48 bürünc) beynəlxalq yarışlarda.

Başa vurmaqda olduğumuz 2017-ci il “Təhsil” Respublika İdman Mərkəzi üçün əlamətdar idman uğurları və idman tədbirləri ilə yaddaqalan olub.

Təsadüfi deyil ki, “Bakı 2015” I Avropa Oyunlarında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələrindən olan Amil Qasımov sambo idman növü üzrə II yerə, Hacı Əliyev sərbəst güləş idman növü üzrə III yerə, Eldar Səfərov idman gimnastikası üzrə komanda yarışında III yerə layiq görülmüşdür.

Eyni zamanda I Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlər olmuşdur. Onlar həmin yarışda 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası,badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə apardılar.Həmin idmançılardanHacı Əliyev sərbəst güləş idman növü üzrə I yerə, Ramil Qasımov cüdo (paralimpiya) idman növü üzrə I yerə, Səkinət Abbasova həndbol üzrə I yerə, Orxan Nuriyev yunan-roma güləşi üzrə I yerə, Yuliya Stisyuk üzgüçülüyün iki növü üzrə iki III yerə layıq görülmüşdür.

Bu ildə də “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən müxtəlif idman tədbirləri keçirilib.Əlbəttə ki, ən əsası may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri idi. 11 idman növünü (atletika, akrobatika gimnastikası, bədii gimnastika, basketbol, boks, cüdo, karate, sərbəst güləş, stolüstü tennis, taekvondo və yunan-roma güləşi) 6 zona olmaqla ümumilikdə ölkənin 76 rayon və şəhəri əhatə etdı.

Başqa bir mühüm hadisə - “Olimpiya Hərəkatı-2017” layihəsi çərçivəsində respublika birinciliyi idi.Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə voleybol, basketbol, badminton, atletika və velosiped idman növləri üzrə Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonu əhatə olunmaqla 406 məktəbdən 90 minə yaxın şagir yarışlara qatılıb.Həmin yarışların təşkili və keçerilməsində “Təhsil” Respublika İdman Mərkəzinin xüsusi rolu vardır.

Yerli yarışlar ilə yanaşı (şahmat, sərbəst güləş, boks, ağır atletika, futbol və basketbol “Təhsil Liqaları”, mini-futbol və cüdo üzrə “Nardaran kuboku”, ali məktəblər arasında idman növləri üzrə respublika çempioanatları), beynəlxalq turnirlərdə də “Təhsil”in təmsilçilərinin uğurlarından misal göstərmək olar:

Monteneqro və Rumuniyada keçirilən şahmat üzrə məktəblilərin Avropa və dünya çempionatlarında “Təhsil”in komandası 10 medal qazandı. Səadət Bəşirli (Gəncə şəhər UGŞM) 7 yaşadək qızlar arasında, Sevil Tahirova (Quba rayon İOEUGŞM)15 yaşadək qızlar arasında, Sahil Mehrəliyev (Sumqayıt şəhər UGŞM) 15 yaşadək oğlanlar arasında, FəridOrucov 9 yaşlı oğlanlar arasında və Süsən Məmmədova 17 yaşlı qızlar arasında gümüş medal, Ziya Məmmədov (RİOEUGŞM) 7 yaşadək oğlanlar arasında gümüş və bürünc medal, Xanım İsmayılova (RİOEUGŞM)7 yaşadək qızlar arasında, Kənan Əhədzadə (Lənkəran şəhər UGŞM)17 yaşadək oğlanlar arasında, Leyla Budaqova isə 9 yaşlı qızlar arasında bürünc medal qazandılar.

“Təhsil” RİM-in direktoru Natiq Lahıcovun sözlərinə görə,bütün bunlar bir daha sübut edir ki,Prezident İlham Əliyevin tərəfindən Azərbaycanda idmana böyük diqqət və qayğı göstərilir.“Və məqsədimiz məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idmanın kütləviliyini dahada genişləndirmək, məktəblərdə sağlam və aktiv həyat tərzini təşviq etmək, olimpiya idman irsinin davam etdirilməsindən ibarətdir”, deyə o bildirib.

2017-ci ildə göstərdiyi səmərəli fəaliyyətinə görə mərkəz “Sport Time” jurnalının “2017-ci ilin ən yaxşıları müsabiqəsi” üzrə “İlin ən yaxşı idman mərkəzi” nominasiyasının qalibi elan edildi.

Xəbər lenti

Xəbər lenti