...

Məşqçi: İdmançılar üçün Bakıda yaradılan şərait Yeni Zelandiyada yoxdur (FOTO)

İdman Materials 15 Dekabr 2017 11:39 (UTC +04:00)
İdmançılar üçün Bakı Milli Gimnastika Arenasında yaradılan şərait Yeni Zelandiyada yoxdur.
Məşqçi: İdmançılar üçün Bakıda yaradılan şərait Yeni Zelandiyada yoxdur (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

İdmançılar üçün Bakı Milli Gimnastika Arenasında yaradılan şərait Yeni Zelandiyada yoxdur.

Trend-in məlumatına görə, bunu jurnalistlərə bədii gimnastika üzrə Yeni Zelandiya qrup komandasının məşqçisi Erika Forbi deyib.

Onun sözlərinə görə, komanda Bakıya gələcək yarışlara hazırlaşmaq məqsədilə gəlib: “Bildiyiniz kimi, biz regionda Avstraliya millisi ilə rəqabət aparırıq. Amma orada bədii gimnastikaya daha çox diqqət ayrıldığı üçün onların səviyyəsi daha yüksəkdir”.

Məşqçi qeyd edib ki, Bakıda gimnastlar üçün gözəl şərait yaradılıb: “Biz Bakını ona görə seçmişik ki, bəzi idmançılarımız artıq burada olub və onların Milli Gimnastika Arenası haqqında fikirləri çox yüksəkdir. Bədii gimnastika Yeni Zelandiyada ən populyar idman növü deyil, bizdə Bakıda olan şərait yoxdur. Bəzən xalçalar çatmadığı üçün biz hətta yerdə məşq edirik. Bakıda isə gimnastlar üçün məşqə lazım olan hər bir şərait yaradılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti